12 noyabr 2020, 18:18

Atilla və Cavidə Karakülahdan, İstanbul, Türkiyə

Hörmətli cənab Prezident.

Qardaş Azərbaycanın qəhrəman Ordusunun zəfərini ürəkdən alqışlayır, şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirik.

İndi bölgədə zəfər və sülhün kölgəsində yaralar sağalacaq, uşaqlar yenidən mahnılar söyləyəcəklər. Allaha şükürlər olsun. Bu gözəl günlərin şan-şöhrəti dünya durduqca davam etsin.

Azərbaycanın danılmaz haqqı və qalibiyyəti nəhayət düşmən tərəfindən də qəbul edildi. Ermənistan işğal etdiyi və qətliam törətdiyi Qarabağdan çəkilməyə və təslim olmağa məcbur oldu. Tarixin dramatik bir səhifəsi Azərbaycan üçün zəfərlə qurtardı. Azərbaycan Bayrağı və azan sədaları Qarabağda yenidən yüksəldi.

Hörmətlə,

Atilla və Cavidə Karakülah

Türkiyə Respublikası, İstanbul şəhəri.