12 noyabr 2020, 18:09
Fərhad Pirmətovdan, Qusar, Azərbaycan
Möhtərəm cənab Prezident,
Bütün xalqımız bu gün toy-bayram edir, insanlar sevinclərini bir-biri ilə bölüşürlər.
Qusarlılar da bu gün xüsusi sevinc içərisindədirlər. Bu xoşbəxtliyi Siz bizə yaşatdınız, Müzəffər Ali Baş Komandan!
Xalqımız Sizin kimi əvəzolunmaz dahi rəhbəri və sərkərdəsi ilə fəxr edir.
Siz bütün dünyaya sübut etdiniz ki, haqq-ədalət hələ itməyib, haqq nazilsə də üzülməz.
Siz Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini tam təmin etdiniz. Siz Azərbaycanın tarixində əbədi qalacaqsınız, cənab Prezidentimiz!
Bizim Qələbəmiz xalq-iqtidar birliyinin möhtəşəm nəticəsidir.
Allah Sizi və qalib Ordumuzu qorusun!
Bütöv Azərbaycanımız mübarək!
Hörmətlə,
Pirmətov Fərhad
Azərbaycan Respublikası, Qusar şəhəri.