12 noyabr 2020, 17:44

Nurəddin Tağıyevdən, Gəncə, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Rəhbərliyiniz altında yaxın günlərdə başa çatan Vətən müharibəsindəki Qələbəmiz münasibətilə Sizi ürəkdən təbrik edir, cansağlığı arzulayıram. Mən də, bütün xalqımız kimi, şanlı Qələbəmizə daim inanırdım.

Müzəffər Ali Baş Komandan, Sizin apardığınız həm daxili, həm də xarici siyasəti, bir sadə vətəndaş kimi, hər zaman bəyənir və dəstəkləyirəm. Dövlətimiz, Ordu quruculuğumuz və iqtisadiyyatımız Sizin rəhbərliyiniz altında daim inkişaf edir. Qurduğunuz bu müzəffər, məğlubedilməz Ordu ilə hər zaman fəxr edirik. Yaşasın qəhrəman Ordumuz! Bütün əsgər və zabitlərimizi də bu Qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Hörmətli Prezident İlham Heydər oğlu Əliyev, yaxın günlərdə işğalçıların torpaqlarımızdan tamamən çəkiləcəyi və Vətən müharibəsinin sona çatması hamımızı çox sevindirir. Bu sevinci xalqımıza və mənə yaşatdığınız üçün Sizə uzun ömür, cansağlığı, ailə səadəti arzulayıram. Mən və ailəm Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik, biz həmişə yanınızdayıq.

Hörmətlə,

Nurəddin Tağıyev

Azərbaycan Respublikası, Gəncə şəhəri.