12 noyabr 2020, 17:39
Azərbaycan Dövlət Aqrar Universitetinin Bitki mühafizəsi kafedrasının əməkdaşlarından, Gəncə, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
Qələbə xəbəri hər bir azərbaycanlı kimi Azərbaycan Dövlət Aqrar Universitetinin Bitki mühafizəsi kafedrasının əməkdaşlarını da ürəkdən sevindirdi. Bu möhtəşəm günü bizlərə yaşatdığınıza görə Sizə minnətdarıq və Sizi əmin etmək istəyirik ki, işğaldan azad olunmuş torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması və aqrar infrastrukturun yaradılması üçün bütün gücümüzlə çalışacağıq.
Sizə Azərbaycan Respublikasının bütövlüyü və tərəqqisi uğrunda apardığınız mübarizədə cansağlığı, uzun ömür və fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Azərbaycan Dövlət Aqrar Universitetinin Bitki mühafizəsi kafedrasının əməkdaşları.
Azərbaycan Respublikası, Gəncə şəhəri.