12 noyabr 2020, 17:26
Almaz Rzayevadan, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi və bütün Ordumuzu Qələbə günü münasibətilə təbrik edirəm. Xalqımıza böyük Qələbə sevinci yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizin müdrikliyinizə və qətiyyətinizə əminik. Xalqımızın, dövlətimizin mənafelərini qorumaq üçün davamlı səy göstərdiyinizə də inanırıq. Uca Allah qətiyyətinizi, gücünüzü daim artırsın və Sizin vasitənizlə xalqımızı gücləndirsin. Tanrı Sizi qorusun!
Hörmətlə,
Rzayeva Almaz İbad qızı,
90 yaşlı Əməkdar müəllim.
Azərbaycan Respublikası, Göygöl şəhəri.