12 noyabr 2020, 17:17

Abdulkərim Aşurovdan, Qusar, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün həyatımızın ən unudulmaz və tarixi günüdür. Azərbaycan qalibdir! Qələbən mübarək olsun Azərbaycan xalqı! Qarabağın tacı olan Şuşanın azad olunmasından sonra qələbə xəbəri hamımızın sevincinə səbəb oldu. Bizə yaşatdığınız bu xoş hisslərə görə Sizə minnətdarıq, cənab Ali Baş Komandan.

Azərbaycan özünün yeni tarixinə qədəm qoydu. Xalq-iqtidar birliyi daha da möhkəmləndi. Azərbaycan Ordusu məğlubedilməzliyi ilə tarix yazdı.

Qusar rayonu sakinləri əsl Qələbə sevincini yaşayır. Hamı sevinir, gülür, qol götürüb oynayır. Bütün rayon sakinləri adından Sizə təşəkkür edirəm. Allah Sizi və müzəffər Ordumuzu qorusun!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Aşurov Abdulkərim.

Azərbaycan Respublikası, Qusar şəhəri.