12 noyabr 2020, 17:10

Tacəddin İmanovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan.

Bu gün rəşadətli Ordumuzun döyüş meydanında və Sizin siyasi arenadakı gərgin mübarizəniz nəticəsində Azərbaycanın ayrılmaz hissəsi olan, doğma Qarabağımız işğaldan azad olundu. Artıq şəhidlərimizin ruhu əbədi şaddır və göylərdə dalğalanan şanlı üçrəngli Bayrağımız nəinki enməyəcək, hətta küləkdə səsi düşmənin qulağını batıracaq. Qələbə münasibətilə Sizi, xalqımızı və yenilməz Ordumuzu səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, bundan sonra da Azərbaycan xalqı bu tarixi qələbədən daha da ruhlanaraq ulu öndərimiz Heydər Əliyevin bizə miras qoyduğu və Sizin uğurla davam etdirdiyiniz bu müstəqilliyi hifz edəcək və gələcək nəsillərimizə ötürərək deyəcəkdir: Qarabağ Azərbaycandır!

Hörmətlə,

Tacəddin İmanov

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.