Xalq yazıçısı Süleyman Rəhimovun ailə üzvlərindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bütün Azərbaycan xalqının arzusu Sizə - Müzəffər Ali Baş Komandanımıza Azərbaycanın Milli Qəhrəmanı adının verilməsidir. Bu adı Siz xalqın qəlbində qazanmısınız.
Siz ilk dəfə Prezident seçiləndə Sizə yazdığım təbrik məktubunda Sizin Azərbaycan xalqının əbədi Lideri olduğunuzu yazmışdım. Siz bunu sübut etdiniz, xalqımızın əbədi, sevimli Lideri oldunuz.
Mən 2003-cü ildə Ulu Öndərə göndərdiyim yazılı müraciəti bu sözlərlə yekunlaşdırmışdım. "dərin hörmətlə Sizə və Sizin yüksək amallarınızı layiqincə davam etdirən Azərbaycanın gələcəyi İlham Heydər oğluna ən xoş müqəddəs istəklərlə”.
Sizin gecəli-gündüzlü gərgin tükənməz fəaliyyətinizdə Mehriban xanımın əməyi danılmazdır.
Dağlıq Qarabağda 3 il fəaliyyət göstərmiş şəxs kimi bu gözəlliklər diyarının işğaldan azad olunması hamı kimi məni də çox sevindirir.
Hörmətlə,
Rəhimov Azil Süleyman oğlu,
Xalq yazıçısı Süleyman Rəhimovun ailə üzvləri adından.
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.