12 noyabr 2020, 16:48

Fatimə Məhərrəmlidən, Bakı, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz!

Mənim atam Şuşada doğulub. Mən Şuşanı görməsəm də atamın və babamın söhbətlərindən Şuşa haqqında çox şey eşidib öyrənmişəm. Elə düşünürdüm ki, mən heç vaxt oranı görə bilməyəcəm. Lakin Sizin komandanlığınızla rəşadətli Ordumuzun sayəsində Şuşa işğaldan azad olundu. Bu mənim üçün ikiqat bayrama çevrildi, çünki Şuşa şəhərinin işğaldan azad olunması mənim ad günü hədiyyəm oldu. Bu yaşıma qədər aldığım və bundan sonrakı hədiyyələrimin heç biri belə qiymətli ola bilməz. Çox sağ olun, şuşalı ailəsi olaraq Sizə minnətdarıq. Sizi həmişə qorxmaz və igid qəhrəman kimi xatırlayacağam. Kaş ki, Sizi yaxından görüb daha səmimi təşəkkür edə biləydim. Bugünkü müraciətinizi dinləyərkən sevincimdən ağladım. Bu məktubu da Sizə sevinc göz yaşları içində yazıram. Sizi çox istəyirəm, fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Əsgər əmiləri də Allah qorusun! Şəhidlərimizin qanı yerdə qalmadı. Sonda bir daha təşəkkür edirəm.

Qarabağ bizimdir!

Hörmətlə,

Məhərrəmli Fatimə Sərvər qızı, şagird

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.