Vaqif Rəşidovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Şəxsən Sizi Qələbə münasibətilə təbrik edirəm. Keçmişdə olduğu kimi öz qəhrəmanlığımızı bir daha dünyaya sübut etdik. Bundan sonra bütün dünya Sizi “İlham Fateh” adı ilə tanıyacaq və əməlləriniz tarixə qızıl hərflərlə yazılacaq.
Cənab Prezident Mustafa Kamal Türkiyə Respublikasını yaratdığına görə ona Atatürk adı verildi. Ümummilli lider Heydər Əliyev Bakı-Ceyhan neft kəmərini həyata keçirdiyinə və bununla Türk dünyasının birləşmə təməlini qoyduğuna görə ona Türk dünyasının babası – Babatürk adının verilməsi təqdirə layiq olardı. 200 ildən çox pozulmuş milli birliyimizin bərpası və xalqımızın bir yumruq kimi birləşməsi məni məmnun etdi.
Cənab Prezident, Siz dünyaya göstərdiniz ki, Azərbaycanın əsil Milli Qəhrəmanısınız!
Hörmətlə,
Rəşidov Vaqif
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi.