12 noyabr 2020, 16:28

Əleysan Həsənlidən, Daşkəsən, Azərbaycan

Türk dünyasına qürur yaşadan Liderimiz.

Dağlıq Qarabağ ərazisinin, ətraf rayonların və eyni zamanda, Şuşa şəhərinin azad olunması sevincini xalqımıza yaşatdığınıza görə Sizə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu sevinci ifadə etmək çox çətindır. Çox sağ̆ olun, cənab Prezident. Bütün Şəhid ailələrinə səbir diləyirəm. Şəhidlərimizə Allah rəhmət etsin. Yaralı zabit və əsgərlərimizə şəfa arzulayıram. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əleysan Həsənli

Azərbaycan Respublikası, Daşkəsən rayonu.