12 noyabr 2020, 16:12
Rafiq Allahverdiyevdən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident,
Ölkəmizə qazandırdığınız böyük Qələbə münasibətilə Sizə minnətdarlığımızı bildiririk. Kənd təsərrüfatının, xüsusilə heyvandarlığın inkişaf etdirilməsi üçün əlverişli iqlimə və ehtiyatlara malik bütöv regionun uzun müddət işğal altında qalması dövlətimizin iqtisadi inkişafına da mənfi təsir göstərirdi. Artıq bu ərazidə müxtəlif təsərrüfat sahələrinin inkişaf etdirilməsi üçün siyasi, regional, inzibati və infrastruktur problemləri həll olunacaq. Dövlətimizin ərazi bütövlüyünü bərpa etdiyinizə görə Sizi bir daha təbrik edirik.
Sizə cansağlığı və uzun ömür arzulayırıq!
Hörmətlə,
Allahverdiyev Rafiq Bayram oğlu,
Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri.
Azərbaycan Respublikası, Gəncə şəhəri.