Ağahəsən Həsənovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin müdrik rəhbərliyiniz altında qazanılan şanlı və möhtəşəm qələbəni, Qarabağın işğaldan azad olunmasını xalqımız, eləcə də bizim kollektivimiz sevinclə qeyd edir.
Məhz Sizin yürütdüyünüz müdrik və uzaqgörən siyasətiniz yeni bütöv və bölünməz Azərbaycan yaradaraq bu xalqın qürur hissini özünə qaytardı və dünyaya nümayiş etdirdi.
Qarabağın xilaskarı missiyasını şərəflə yerinə yetirən Prezidentimizə, Müzəffər Ali Baş Komandanımıza, ulu öndər Heydər Əliyevin ləyaqətli oğluna eşq olsun!
Allah Sizi və xalqımızı qorusun!
Cənab Prezident, Sizi bu böyük və şanlı qələbə münasibətilə təbrik edir, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Ağahəsən Həsənov, tibb elmləri namizədi,
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi.
Azərbaycan Respublikası, Bakı şəhəri.