12 noyabr 2020, 15:58

İlyas Əliyevdən, Zaqatala, Azərbaycan

Hörmətli Müzəffər Ali Baş Komandan!

Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması münasibətilə Sizi Zaqatala rayonun Mamrux kənd ictimaiyyəti adından ürəkdən təbrik edirik və bizə tarixə qızıl hərflərlə yazılan zəfər qələbəsi yaşatdığınıza görə öz minnətdarlığımızı bildiririk. Bütün bunlar Sizin apardığınız müdrik siyasət nəticəsində əldə olundu. Rəşadətli Ordumuz döyüş meydanında düşmənə diz çökdürdü. Bizə bəxş etdiyi bu tarixi zəfər sevincini heç vaxt unutmayacağıq və əsrlər boyu tarixin yaddaşında qalacaq, biz bunu yaşadacağıq. Allah vətən uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin. Cənab Prezident Allah Sizi qorusun, xalqımızı və Ordumuzu qorusun. Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əliyev İlyas Qurban oğlu,

Azərbaycan Respublikası, Zaqatala rayonu, Mamrux kəndi.