12 noyabr 2020, 15:48

Əfqan Rzayevdən, Zaqatala, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Otuz ilə yaxın erməni faşistlərinin tapdağı altında qalmış torpaqlarımızı bizə geri qaytardığınız üçün, sözlə ifadə olunmayan sevinci yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Xalqımızın rifahı naminə gələcək fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Azərbaycan xalqı Sizinlə fəxr edir.

Yaşasın Azərbaycan!

Hörmətlə,

Uşaq-gənclər idman məktəbinin kollektivi adından

Əfqan Rzayev

Azərbaycan Respublikası, Zaqatala rayonu.