Fikrət Ramazanovdan, Qusar, Azərbaycan
Möhtərəm Prezident.
Respublikamızın hər yerində olduğu kimi, Qusar rayonunun gəncləri də Milli Ordumuzun sıralarında şərəflə xidmət edir, azğın düşmənə qarşı inamla döyüşürlər. Azərbaycan Ordusu 30 il erməni işğalı altında olan xeyli şəhər və kəndlərimizi çox qısa bir vaxtda düşməndən azad etmişdir.
İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanmasını, düşmən texnikasının məhv edilməsini, qəhrəman əsgərlərimizin döyüş əzmini və zəfərlərini böyük fərəh hissi ilə izləmişik. Əminik ki, üçrəngli Bayrağımız Şuşada, Laçında, Xankəndidə və digər torpaqlarımızda artıq hər zaman vüqarla dalğalanacaqdır.
Bütün bunlar, cənab Prezident, Ali Baş Komandan kimi Sizin bilavasitə rəhbərliyinizlə əldə olunmuşdur. Biz Sizinlə fəxr edirik.
Yaşasın məğlubedilməz, şanlı Azərbaycan Ordusu!
Hörmətlə,
Fikrət Ramazanov
Azərbaycan Respublikası, Qusar şəhəri.