Mirabbas Abbasov və Şabikə Abbasovadan, Saatlı, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Şuşada və Qarabağda qazanılan qələbə münasibətilə Sizi və bu qələbədə payı olan hər kəsi təbrik edirəm. Hər zaman mənəvi dəstəyi ilə yanımızda olan qardaş Türkiyə dövlətinə təşəkkür edirəm. Bu Vətən müharibəsində Azərbaycan xalqına dəstək olan hər kəsə öz adımdan və ailəm adından təşəkkür edərək cansağlığı arzulayıram. Həlak olan əsgər və zabitlərimizə, erməni terrorunun qurbanı olan dinc sakinlərimizə Allahdan rəhmət diləyirəm.
Müzəffər Ali Baş Komandan, qələbəmiz əbədi olacaq. İstər cəbhədə, istərsə də qələbədən sonra dinc quruculuq işlərində Sizə uğurlar arzulayıram.
Mənim 84, həyat yoldaşımın 83 yaşı var. Axrıncı dəfə Şuşada 1982-ci ildə olmuşuq. Allah imkan versin, İsa bulağında Sizin iştirakınızla qurban kəsim.
Allah Sizə yar olsun.
Hörmətlə,
Mirabbas Abbasov
Şabikə Abbasova
Azərbaycan Respublikası, Saatlı rayon, Hacıqasımlı kəndi.