12 noyabr 2020, 14:14
Amid Həsənovdan, Lənkəran, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Havzova kənd sakinləri adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Kəndimizin bütün sakinləri Sizi - ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Ali Baş Komandanımız cənab İlham Əliyevi dəstəkləyir.
Düşmən tapdağı altında qalan bütün Qarabağ torpaqlarının çox yaxında işğaldan azad olunacağına inanırıq. Sizdən səbirsizliklə böyük Qələbə xəbərini gözləyirik.
Yaşasın Yeni Azərbaycan Partiyası! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Həsənov Amid İltifat oğlu.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Havzova kəndi.