12 noyabr 2020, 14:12
S.Həsənov adına Əfətli kənd tam orta məktəbinin kollektivindən, Ağdam, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
Qədim Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə məktəbin bütün müəllim və şagird heyəti adından Sizi təbrik edirik. Sizə möhkəm cansağlığı, bu şərəfli işinizdə daha böyük uğurlar arzulayırıq.
İnanırıq ki, tezliklə Azərbaycanın üçrəngli Bayrağı Ağdam şəhərində dalğalanacaq. Allah Sizə və igid əsgərlərimizə yardımçı olsun! İnşallah!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
S.Həsənov adına Əfətli kənd tam orta məktəbinin kollektivi adından
məktəbin direktoru və müəllimi,
Həsənova Sara Baxış qızı,
Həsənova Şərifə Behbud qızı.
Azərbaycan Respublikası, Ağdam rayonu, Əfətli kəndi.