Zahid Həsənlidən, Biləsuvar, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
Mən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı bölməsində uzun müddət hərbi qulluqda olmuş bir hərbçi kimi cəbhədə gedən döyüşlərdə iştirak etmək arzusundayam.
Sizin rəhbərliyinizlə Milli Ordumuz tərəfindən qazanılan qələbələr mənə böyük əzm və ruh yüksəkliyi yaşadır. Düşmənin heç bir qüvvə və mövqeyindən, əməl və hərəkətindən qorxmuram. Təcrübəliyəm, dözümlüyəm, döyüş ruhlu və vətənpərvərəm. Çünki Vətənimi çox sevirəm.
Erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün könüllü olaraq ön cəbhədə qəhrəman əsgərlərimizlə çiyin-çiyinə vuruşmaq istəyirəm, lazım gələrsə canımdan və qanımdan belə keçməyə hazıram. Əmrinizi gözləyirəm, Müzəffər Ali Baş Komandan!
Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Həsənli Zahid Oqtay oğlu
Azərbaycan Respublikası, Biləsuvar şəhəri.