12 noyabr 2020, 14:05

Ümbülxanım Əliyevadan, Quba, Azərbaycan

Hörmətli cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız,

Siz “Şuşa bizimdir” deyəndə çox sevindik. Biz qubalı olsaq da, bizim ürəyimiz Azərbaycanın hər bölgəsi ilə döyünür.

Cənab Prezident, sağ olun, var olun! Allah Sizi Azərbaycan xalqının başının üstündən əskik etməsin. Mən bir azərbaycanlı olaraq Sizə sonsuz təşəkkürlərimi bildirirəm. Sizinlə fəxr edirəm və ulu öndər Heydər Əliyevin ruhu qarşısında baş əyirəm, ona görə ki, Sizin kimi layiqli oğul qoyub gedib. Şəhid analarının qarşısında baş əyirik. Şəhidlər ölməz, Vətən bölünməz.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əliyeva Ümbülxanım Əliheydər qızı

Azərbaycan Respublikası, Quba şəhəri.