12 noyabr 2020, 13:54

Ziyafət Əliyevadan, Oğuz, Azərbaycan

Müzəffər Ali Baş Komandan, əziz Prezident,

Uzun illərdən bəri Azərbaycan xalqı Sizin apardığınız daxili və xarici siyasətin bəhrəsini görməkdədir. Belə çətin və qərəzli dünyada Siz ön cəbhədə Vətən müharibəsini əsl Sərkərdə kimi idarə edirsiniz. Siyasi arenada dünya mediasının Sizin dediyiniz kimi “prokuror və müstəntiqlərini”, eləcə də bəzi dünya liderlərini mat qoymaqla bir daha sübut etdiniz ki, Siz həqiqətən dahi ulu öndərimiz Heydər Əliyevin yeganə və əvəzolunmaz davamçısısınız.

Hörmətli Prezident, Azərbaycan xalqı Sizi çox sevir. Allah Sizi və ailənizi qorusun!

Yaşasın Azərbaycan xalqı! Eşq olsun Azərbaycanın qüdrətli Ordusuna!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əliyeva Ziyafət Mustafa qızı,

Sosialist Əməyi Qəhrəmanı.

Azərbaycan Respublikası, Oğuz rayonu, Qarabaldır kəndi.