12 noyabr 2020, 13:44

Ülviyyə Niftəliyevadan, Bakı, Azərbaycan

Əziz Prezidentim, müzəffər Ordunun Ali Baş Komandanı.

Qələbə Bayramımız mübarək. Bu sevinci bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümü bildirirəm. Bu sevinci sözlə ifadə etmək çox çətindir. Ümummilli Liderimiz xalqımızın ən ağır günlərində özünü və ailəsini təhlükəyə ataraq haqq səsimizi dünyaya bəyan etdi. Bu gün isə Siz, əziz Prezidentim, dahi Liderin yolunu uğurla davam etdirərək özünüzü və ailənizi təhlükəyə ataraq xalqın qəlbində Vətən niskilinə son qoydunuz. Haqqımız olan torpaqları bizə qaytardınız. Siz Azərbaycan tarixinin ən şanlı səhifələrini yazdınız. Qürur və fəxarət hissi ilə deyə bilərəm ki, mən azərbaycanlıyam.

Yaşa Prezidentim! Yaşa Ali Baş Komandanım! Yaşa xalqımın igid oğlu! Ucalarda dalğalan üçrəngli bayrağım! Gözün aydın Vətən! Ruhunuz şad olsun, Şəhidlərim! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ülviyyə Niftəliyeva

Azərbaycan Respublikası, Bakı şəhəri.