12 noyabr 2020, 13:25

Zərifə Sevdimaliyevadan, Hacıqabul, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Sizi ürəkdən salamlayıram. Siz bu tarixi qələbənin sevinclərini bizə yaşatdız. Tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, cənab Ali Baş Komandanın yumruğu ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi.

Müzəffər Ali Baş Komandanımız, Sizə uzun ömür, cansağlığı arzulayıram. Siz bu addımı atmaqla ulu öndər Heydər Əliyevin ruhunu şad etdiniz. Çünki bu addımı atmağı Sizə Ulu Öndərimiz vəsiyyət etmişdi. Xalq Sizinlə fəxr edir.

Hörmətlə,

Zərifə Sevdimaliyeva

Azərbaycan Respublikası, Hacıqabul şəhəri.