12 noyabr 2020, 12:33
Vüqar Məmmədovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi və xalqımızı Qələbəmiz münasibətilə səmimi qəlbdən təbrik edirik. Nəhayət ki, həsrətində olduğumuz, lakin mənfur düşmənin işğalında olan torpaqlarımız Sizin əzmkar mübarizəniz sayəsində azad olundu. Şəhidlərimizin qanı yerdə qalmadı. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə isə şəfa diləyirəm.
Qoy Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Azərbaycan Resbublikası Maliyyə Nazirliyinin 26 saylı Regional Xəzinədarlıq İdarəsinin kollektivi adından
Vüqar Məmmədov
Azərbaycan Respublikası, Bakı şəhəri.