12 noyabr 2020, 12:17
Qafqaz Müsəlmanlar İdarəsinin Zaqatala rayonu üzrə bölgə qazılığının kollektivindən, Zaqatala, Azərbaycan
Hörmətli Prezidentimiz.
10 noyabr 2020-ci il tarixi əbədi olaraq yaddaşlarda, tarixlərdə Sizin adınızla qalacaq. Hər il bu günü xalqımız eyni sevinc, qürur hissi ilə Qələbə günü olaraq qeyd edəcək. Müdrik siyasətinizlə, dəyanətinizlə, cəsrətinizlə xalqımıza yaşatdığınız Qələbə sevincinə görə sizə minnətdarıq. Qələbəmizin daimi olmasını arzulayırıq. Allah şəhidlərimizə rəhmət eləsin!
Hörmətlə,
Qafqaz Müsəlmanlar İdarəsinin Zaqatala rayonu üzrə bölgə qazılığının kollektivi
Azərbaycan Respublikası, Zaqatala şəhəri.