12 noyabr 2020, 11:51
Əhliman Kərimovdan, Kürdəmir, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Siz Şuşa şəhərinin 28 il sonra işğaldan azad olunduğunu elan edərkən bu xəbər ölkəmizin hər yerində, hətta xaricdə yaşayan soydaşlarımız tərəfindən də böyük coşğu ilə qarşılandı. Qarabağın qəlbi olan Şuşanın azadlığını xalqımız 28 il idi ki, həsrətlə gözləyirdi.
Cənab Prezident, Sizi bütün möhtəşəm qələbələr münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Hörmətlə,
Əhliman Kərimov
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Mollakənd kəndi.