12 noyabr 2020, 11:48
Ofelya Sənanidən, Bakı, Azərbaycan
Möhtərəm Prezident.
Ulu öndərimiz Heydər Əliyev hakimiyyətinin, uğurlu siyasətinin davamçisi kimi Siz də xalqımızın dəyanətli oğlu, mərd, sözünün üstündə dayanan, xalqını ürəkdən sevən, ona atalıq qayğısı göstərən, cəfakeş bir rəhbər oldunuz. Yuxusuz, narahat gecələr keçirən ürəyinizə qurban olum!
Ey xalqımızın dəyanətli Oğlu, Allah bizim ömrümüzdən kəsib Sizin ömrünüzə calasın.
Ey mənim əbədi, dəyanətli Prezidentim, bütün Azərbaycan xalqı, ailəmiz adından deyirəm ki, həmişə var olun. Biz Sizi əbədi Prezident görürük. Uğurlar, cansağlığı, yenə də uğurlar!
Hörmətlə,
Ofelya Sənani
Prezident təqaüdçüsü, Xalq artisti
Azərbaycan Respublikası, Bakı şəhəri.