12 noyabr 2020, 11:35
Yusif Rzayev və Kamran Mehdiyevdən, Naxçıvan, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Əldə etdiyimiz şanlı qələbə münasibətilə şəxsən Sizi - Ulu Öndərin layiqli davamçısını və rəşadətli Milli Ordumuzu, bütün Azərbaycan xalqını təbrik edirik.
Xalqı, milləti naminə hər cür təhdidlərə, təzyiqlərə tab gətirən Prezidentimiz, bu gərəkli, ədalətli, doğru yolda Sizə yeni-yeni uğurlar diləyirik.
Var olun, əziz, sevimli Prezidentimiz!
Yaşasın Azərbaycan!
Yaşasın qalib Ordumuz!
Hörmətlə,
Yusif Rzayev
Kamran Mehdiyev
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Nehrəm qəsəbəsi.