12 noyabr 2020, 11:08

Pərviz Vəliyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Sizi Ağcabədi rayonu Hacıbədəlli kənd camaatı adından salamlayır, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin azad olunması, eləcə də Qarabağımızın azadlığa çıxması münasibətilə Sizi və bütün xalqımızı ürəkdən təbrik edirik.

Bizə yaşatdığınız bu fərəh, coşqu, sevinc hisslərinə görə Ali Baş Komandanımıza və onun rəhbərliyi altında döyüşən bütün hərbçilərimizə son dərəcə minnətdarıq.

Uca Tanrı Sizə yar olsun!

Hörmətlə,

Ağcabədi rayonu Hacıbədəlli kənd camaatı adından

Pərviz Vəliyev

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hacıbədəlli kəndi.