12 noyabr 2020, 10:53
Qurban Məmmədovdan, Gəncə, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Azərbaycan Dövlət Aqrar Universitetinin Bitkiçilik kafedrasının əməkdaşları adından yazaraq, uzun müddət həsrətini çəkdiyimiz Qələbəni bizə yaşatdığınız üçün Sizə, müzəffər Ordumuza və hər zaman dövlətimizə dəstək olan Azərbaycan xalqına gözaydınlığı veririk.
İşğaldan azad olunmuş torpaqlarımıza yenidən ayaq basacağımız günləri səbirsizliklə və böyük coşqu ilə gözləyirik.
Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Azərbaycan Dövlət Aqrar Universitetinin Bitkiçilik kafedrasının əməkdaşları adından
Qurban Məmmədov
Azərbaycan Respublikası, Gəncə şəhəri.