11 noyabr 2020, 20:26
Pənah Əliyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Siz Ulu Öndərin vəsiyyətlərinə sadiq qalaraq və onun ruhunu şad edərək, qətiyyətli mövqeyiniz və möhkəm iradənizlə Azərbaycan torpaqlarını işğaldan azad edərək, dünyada millətimizin şərəf və ləyaqətini ucaltmısınız.
Azərbaycan tarixində əbədi azadlıq sərkərdəsi adını şərəflə qazandınız. Sizə bu millət və dövlət naminə Allahdan möhkəm cansağlığı arzulayıram. Biz - Qərbi azərbaycanlılar həmişə millətlə, dövlətlə və Prezidentlə birlikdəyik.
Hörmətlə,
Əliyev Pənah Nəbi oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.