11 noyabr 2020, 20:20

Ömər İbrahimovdan, Zaqatala, Azərbaycan

Müzəffər Ali Baş Komandan,

Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi münasibətilə şəxsən Sizə və müzəffər Azərbaycan Ordusunun bütün heyətinə təşəkkürümü bildirirəm. Sizə və qəhrəman Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzu edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Sizə bildirmək istəyirəm ki, rəhbəri olduğum müəssisəni səfərbər edərək, düşmən tapdağından təmizlənmiş ərazilərimizdə aparılacaq quruculuq işlərində öz xidmətimi göstərməyə həmişə hazıram.

Hörmətlə,

İbrahimov Ömər,

“Tikinti-20” ASC-nin sədri.

Azərbaycan Respublikası, Zaqatala rayonu.