11 noyabr 2020, 20:18

Çingiz Hüseynovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyiniz altında şanlı Ordumuzun doğma torpaqlarımızı işğaldan azad etməsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Siz, müstəqil və müasir Azərbaycanın əfsanəvi qəhrəmanı, Ulu Öndər məktəbinin layiqli davamçısısınız. Sizin sayənizdə bu gün xalqımız çox xoşbəxtdir, sevinc və fərəh dolu anlar yaşayır. Buna görə Sizə minnətdarıq.

Allah Sizi qorusun!

Hörmətlə,

Hüseynov Çingiz Həsən oğlu, Qarabağ müharibəsi veteranı

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Ağabəyli kəndi.