İbrahim Cəfərovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
2020-ci il noyabrın 10-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması haqqında Azərbaycan xalqına müraciətiniz Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivini də ürəkdən sevindirdi. Sizin bilavasitə rəhbərliyiniz, uzaqgörən siyasətiniz, polad iradəniz sayəsində tarixi torpaqlarımız erməni işğalından azad olundu. Universitetin rektorluğu, ictimai təşkilatları, professor-müəllim heyəti və tələbələri ərazi bütövlüyümüzün bərpası üçün həyata keçirdiyiniz xidmətlərinizi böyük razılıq hissi ilə yüksək qiymətləndirir.
Hörmətli Prezident, səbirsizliklə gözlədiyimiz Qələbə sevincini bizə yaşatdığınız üçün Sizə, rəşadətli Milli Ordumuza ürəkdən dərin minnətdarlığımızı bildiririk.
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru
Azərbaycan Respublikası, Gəncə şəhəri.