Mirəddin Əzimov və Ağakərim Əzimovdan, Biləsuvar, Azərbaycan
Möhtərəm cənab Prezident.
Biz – iki qardaş Birinci Qarabağ müharibəsi iştirakçılarıyıq. Sizin çıxışınızdan sonra, Qarabağ ərazisini yaxşı tanıdığımıza görə cəbhəyə döyüşə göndərilməymiz üçün könüllü kimi qeydə alınmışıq. Bizim iki bacımız oğlu Aprel döyüşləri iştirakçısıdır. Hazırkı Vətən müharibəsində də ailə üzvlərimiz iştirak etmişdir. Oktyabrın 23-də bir bacımız oğlu şəhid olmuş, iki bacımız oğlu yaralanmışdır.
Hörmətli cənab Prezident, Qarabağ torpaqlarının azad olunması münasibəti ilə Sizi ailəliklə öpüb bağrımıza basaraq təbrik edirik. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Qardaş Türkiyə dövləti ilə və şəxsən onun Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə qardaşlıq münasibətləriniz var olsun. Türk qardaşlarımız bizə böyük mənəvi dəstək olurlar.
Bizim ailə hər zaman Sizi dəstəkləyir və Sizinlə birlikdədir.
Hörmətlə,
Mirəddin Əzimov
Qarabağ və Əfqanıstan müharibələri veteranı
Ağakərim Əzimov
2-ci qrup Qarabağ müharibəsi əlili
Azərbaycan Respublikası, Biləsuvar şəhəri.