11 noyabr 2020, 20:07
Mustafa Bədəlovdan, Göyçay, Azərbaycan
Möhtərəm cənab Prezident.
“Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyəti olaraq Sizi və bütün xalqımızı böyük Qələbə - Şuşanın işğaldan azad olunması münasibətilə təbrik edirik. Sizə bu çətin və şərəfli yolda - Azərbaycan xalqının Vətən müharibəsində tam qələbə əldə edərək Qarabağın bütünlüklə Azərbaycana qaytarılmasında uğurlar arzulayırıq.
Sevincimizin həddi-hüdudu yoxdur. Bizə bu qüruru yaşatdığınız üçün başda Siz olmaqla Azərbaycan Ordusuna sonsuz minnətdarıq.
Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan, yaşasın müzəffər Azərbaycan Ordusu!
Allah Sizi qorusun. Qarabağ Azərbaycandır!
“Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyətinin kollektivi adından hörmətlə,
Mustafa Bədəlov
Azərbaycan Respublikası, Göyçay şəhəri.