11 noyabr 2020, 20:03
Hamlet İsaxanlıdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Sizin yaratdığınız qüdrətli Azərbaycan Ordusu Qarabağı və işğal olunmuş digər Azərbaycan torpaqlarını azad etməyə başladı. Azərbaycan mədəniyyətinin beşiyi, 28 il yarım düşmən əsarətində olan Şuşa şəhəri azad edildi. Bu, Azərbaycanın tam və qəti qələbəsini təmin etdi. 8-10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə çevrildi. Azərbaycan Respublikası xalqları, dünya azərbaycanlıları və Azərbaycanı sevən çoxsaylı insanlar böyük sevinc və qürur hissi yaşadılar.
Sizi təbrik edirik. Sizə təşəkkür edirik.
Yaşasın Azərbaycan!
Hörmətlə,
Hamlet İsaxanlı
Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.