11 noyabr 2020, 19:49
İbiş İmanovdan, Biləsuvar, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Sizi və ailə üzvlərinizi, o cümlədən bütün Azərbaycan xalqını qazandığımız Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Başımızı uca edən Vətən oğlu, hər bir uğurunuz gələcəyə bir yol açır. Bu şərəfli yolda Sizə yeni-yeni zəfərlər arzulayırıq.
Uca Tanrıdan Sizə cansağlığı, uzun ömür diləyirik.
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan!
Yaşasın qalib Ordumuz!
Hörmətlə,
İbiş İmanov
Azərbaycan Respublikası, Biləsuvar rayonu, Günəşli kəndi.