11 noyabr 2020, 19:43
Ləman Əliyevadan, Bakı, Azərbaycan
Əziz, sevimli və cəsur Prezidentimiz.
Siz bizə bu sevinc göz yaşlarını, bu ardıcıl zəfərləri, qüruru, xoşbəxtliyi, sülhü və dəhşətli, terrorçu düşmən üzərində Qələbəni bəxş etdiniz! Neçə illər idi ki, biz bu günü gözləyirdik. Sizin rəhbərliyiniz altında bizim igid qardaşlarımız, yenilməz Ordumuz öz xalqını düşməndən azad etdi, yüzillər boyu məruz qaldığımız vəhşiliklərin intiqamını aldı.
Bütün dünya ermənilərin törətdiyi terrora, soyqırımına, nədənsə, göz yumurdu. Siz isə hamını fakt qarşısında qoyaraq, əsl həqiqəti bütün dünyaya çatdırdınız.
Sizə minnətdarıq, cənab Prezident!
Hörmətlə,
Ləman Əliyeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.