11 noyabr 2020, 19:36
Mütəllim Cavadovdan, Ağcabədi, Azərbaycan
Müzəffər Sərkərdəm, qalib Komandanım.
Sizə eşq olsun! Siz rəhbəri olduğunuz Azərbaycan Ordusunun qələbəsi ilə sübut etdiniz ki, ər oğlu ərsiniz! Sizin göyə qalxan yumruğunuz bizim nisgilli və qübarlı qəlbimizi ovundurdu, bizi qələbələrə ruhlandırdı. Siz mənim qəlbimdə qalib ölkənin qalib “generalissimusu” oldunuz. Siz mənfur erməni daşnaklarını məğlub duruma saldınız. Qələbəmiz münasibətilə Sizə sevgilərimi çatdırıram. Siz dediniz ki, “Qarabağ Azərbaycandır!”. Biz də deyirik: “Siz Azərbaycansınız!”. Azərbaycan xalqı Sizi çox sevir, çünki Siz də bizi – xalqımızı çox sevirsiniz. Var olun!
Hörmətlə,
Mütəllim Cavadov
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Boyat kəndi.