11 noyabr 2020, 19:22
Ənvər Kərimovdan, Zaqatala, Azərbaycan
Hörmətli cənab Prezident.
Uzun illər göstərdiyiniz səylər, apardığınız müdrik siyasət, yaratdığınız güclü və peşəkar Ordunun rəşadəti sayəsində 28 ildən çox işğal altında qalan musiqi beşiyimiz Şuşanı işğaldan azad etdiniz. Zaqatala rayonunun veteranları və ağsaqqalları adından qazandığımız tam Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.
Cənab Prezident, Siz bütün düşmənlərə qalib gəldiniz. Azərbaycan xalqının qəhrəman oğlu kimi biz Sizinlə fəxr edirik. Torpaqlarımızı azad etməklə və qisasımızı almaqla xalqımıza bir azadlıq qayğısı göstərdiniz.
Allah Sizi qorusun!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Zaqatala rayonu Veteranlar Təşkilatının üzvləri adından
Ənvər Kərimov
Azərbaycan Respublikası, Zaqatala rayonu.