11 noyabr 2020, 19:28

Ramazan Mirzəlizadədən, Qobustan, Azərbaycan


Hörmətli cənab Prezident.

Sizi, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı, qəhrəman hərbçilərimizi və bir sözlə, bütün Azərbaycan xalqını çoxdan gözlədiyimiz Qələbə münasibətilə təbrik edirəm. Gözünüz aydın olsun, cənab Prezident! Bu illər ərzində apardığınız müdrik və uzaqgörən siyasət nəhayət ki, öz bəhrəsini verdi və dövlətimizin ərazi bütövlüyünü bərpa etdiniz.

Allah Sizi və müzəffər Ordumuzu qorusun!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ramazan Mirzəlizadə

Azərbaycan Respublikası, Qobustan şəhəri.-0-