Sərdar Əhmədovdan, Bərdə, Azərbaycan
Hörmətli cənab Prezident.
Rəhbərliyiniz və mükəmməl idarəçiliyiniz altında təkcə ərazilərimizin bütövlüyünü deyil, həm də Azərbaycan xalqının gücünü və birliyini nümayiş etdirdiniz. Sizin kimi rəhbəri və güclü Orduya malik sərkərdəsi olan xalq yenilməzdir.
Cənab Prezident, rəşadətli Ordumuz tərəfindən Şuşanın azad edilməsi xəbərini televiziya vasitəsilə verərkən kollektivimizə və bütün Azərbaycan xalqına qalibiyyət əhval-ruhiyyəsi, ruh yüksəkliyi bəxş etdiniz. İnsanlarda qürur hissi yaratdınız. Atanızın vəsiyyətini yerinə yetirməklə bizə və xalqımız sevinc hissi yaşatdınız. Sizə nə qədər təşəkkür etsək yenə də azdır.
Cənab Prezident, Siz bizim yeni və şərəfli tarix yazan Ali Baş Komandanımız, qəhrəman sərkərdəmizsiniz. Bundan sonra dünya durduqca Azərbaycan adı Sizin adınızla birgə çəkiləcək. Əminik ki, zəfərlərimiz davamlı olacaq.
Allah Sizi və rəşadətli Ordumuzu qorusun!
Hörmətlə,
Suvarma Sistemləri İdarəsinin kollektivi adından
Sərdar Əhmədov
Azərbaycan Respublikası, Bərdə rayonu.-0-