11 noyabr 2020, 19:23

Famil Səfiyevdən, Bakı, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Vətən müharibəmizin qısa müddət ərzində tam qələbə ilə yekunlaşması Sizin ağıllı, düşünülmüş, qətiyyətli və uzaqgörən siyasətinizin, yüksək zəhmətinizin, bir diplomat kimi bacarığınızın və gərgin fəaliyyətinizin nəticəsidir. Bizim qəlbimiz heç vaxt belə həssaslıqla döyünməmişdi. Bu sevinci bizə Siz bəxş etdiniz. Müstəqil Azərbaycanın öz sözünü deməyə qadir olduğunu sübut etdiniz. Bütün bunlara görə Sizə minnətdarıq.

Cənab Prezident, Allahdan Sizə və ailənizə cansağlığı, uzun ömür diləyirik. Sizi bağrımıza basır, müstəqil dövlətimizin daha da möhkəmləndirilməsində və çiçəkləndirilməsində Sizə uğurlar arzulayırıq. İnanırıq ki, işğaldan azad edilən torpaqlar Sizin sayənizdə gülüstana çevriləcək.

Hörmətlə,

Famil Səfiyev

Çernobıl Əlilləri İctimai Birliyinin Pirallahı rayon şöbəsinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.