10 noyabr 2020, 12:46

Əşrəf Abbasovdan, Tovuz, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bu gün ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda apardığınız məqsədyönlü və uzaqgörən siyasəti hamımız dəstəkləyir və daim Sizin arxanızdayıq. Torpaqlarımızın, şəhər və kəndlərimizin bir-birinin ardınca azad olunmasını Sizin uğurlu siyasətinizin nəticəsi kimi dəyərləndiririk. Biz hər zaman Azərbaycan Ordusuna güvənirik, çünki bu Ordunun Sizin kimi sərkərdəsi və vətənpərvər əsgərləri var.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Abbasov Əşrəf Mansır oğlu.

Azərbaycan Respublikası, Tovuz rayonu.