09 noyabr 2020, 13:24

Ağarəsul Qafarlıdan, Lənkəran, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Bu gün bütün Azərbaycan yaşından, vəzifəsindən və peşəsindən asılı olmayaraq bir nəfər kimi Sizin Komandanı olduğunuz Ordunun əsgəridir. Biz inanırıq ki, Sizin Komandanlığınız altında müzəffər Azərbaycan Ordusu zəfər çalacaq!

Qarabağ Azərbaycandır!

Zəfər yolu

Qələbə səninlə gələcək bizə,

Qurtuluş oğlusan, Heydər oğlusan.

Səninlə gedirik biz sabahlara,

Sən bizə işıqlı zəfər yolusan.

Bir kərə "İrəli!" əmrini versən

Düşmən ürəyinə təşviş salarıq.

İntizarda olan o Qarabağı

Birinci həmlədən geri alarıq.

Sənin davranışın, nitqin, çıxışın

Natiqlər içində bir nümunədir.

Sən bizim zirvədə and yerimizsən,

Ey xalqın Rəhbəri, xalq Səninlədir.

Qafarovlar ailəsi adından hörmətlə,

Qafarlı Ağarəsul İsmayıl oğlu.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.