09 noyabr 2020, 12:15

Bayram Yusifovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin sayənizdə artıq demək olar ki, erməni işğalçıları üzərində qələbə əldə olunub. Ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan dünyaya günəş kimi doğacaq! XXI əsr Türk əsri olacaq! İndi biz bu dövrü yaşayanda bir daha Ulu Öndərimizin uzaqgörən, müdrik, fenomen bir insan olduğunun şahidi oluruq. Onun cızdığı layihələri Siz inamla və mərdliklə həyata keçirirsiniz.

Belə bir el məsəli var: Müdrik sərkərdə əvvəl müharibəni udur, sonra döyüşə başlayır. Siz bütün sahələrdə - iqtisadi, siyasi, hərbi, informasiya və digər sahələrdə uzun illərdir ki, bu müharibəni aparırdınız və nəticə göz qabağındadır.

İndi mən də hər bir Azərbaycan vətəndaşı kimi daha ucadan söyləyirəm: Fəxr edirəm ki, Azərbaycanlıyam! Siz o fəxri, o qüruru Azərbaycan xalqına qaytardınız! Tarixə qızıl hərflərlə yazılacaq Qələbə imzası atmaqdasınız! Bu Qələbə min illərlə Azərbaycan tarixində Sizin adınızla bağlı olacaq.

Mən fəxr edirəm ki, Sizin sayənizdə qurulmuş əzəmətli Azərbaycan tarixini yaşayıram, buna görə Sizə minnətdaram!

Sizin xoşbəxtliyiniz həm də ondadır ki, düşmənlər Sizinlə hesablaşır və qarşınızda baş əyir. Yağı düşmən üzərində həmişə qələbə çalasınız. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir! Eşq olsun Sizə!

Allah Sizi və ailənizi qorusun! Allah Azərbaycan xalqına yar olsun!

Qarabağ Azərbaycandır!

Ali Baş Komandanım!

Qızıldan imza atdın,

Tarixin yaddaşına.

Şanlı bir tarix yazdın

Vətənin savaşına.

Prezidentim İlhamım,

Ali Baş Komandanım!

Alqış Sizə, min yaşa,

Ərdoğanla dur qoşa.

Qələbə çal, zəfər çal,

Düşməni döndər daşa.

Prezidentim İlhamım,

Ali Baş Komandanım!

Azərbaycan-Türkiyə

Bir millət – iki dövlət.

Haydı, çatıb zamanı

Yarat Böyük Turanı!

Prezidentim İlhamım,

Ali Baş Komandanım!

Qaytardın torpaqları,

Yandırdın ocaqları.

Bayram deyər bir daha

Ucaltdın bayraqları!

Prezidentim İlhamım,

Ali Baş Komandanım!

Hörmətlə,

Yusifov Bayram Məmməd oğlu,

Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini.

Azərbaycan Respublikası, Bakı şəhəri.