Səbuhi Niyazovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
1988-ci ildən başlayaraq erməni terrorçuları Vətənimizə, xalqımıza qarşı vəhşicəsinə işğalçılıq siyasətinə başlamaqla, Azərbaycanımızın gözəl guşələrindən olan Qarabağ torpaqlarını zəbt etdilər. Həmin vaxtlar, yəni birinci Qarabağ müharibəsində mən də könüllü olaraq cəhbəyə yollandım. Vətənimə olan borcumu canımla-qanımla verməyə hazır idim. Ölkəmizdə hakimiyyət səriştəsizliyi nəticəsində torpaqlarımızın 20 faizə qədəri bu alçaqlar tərəfindən işğal olundu. Xocalı soyqırımı, qanlı 20 Yanvar qırğını və başqa haqsızlıqlar millətimizi ayağa qaldırdı. Bu qanlı müharibədə şərəfsiz erməni terrorçuları tərəfindən atılan güllə atəşlərindən mən də baş və bədənimin müxtəlif nahiyyələrindən ağır yaralandım, görmə qabiliyyətini itirdim. İndiyədək torpaqlarımızın həsrəti ilə yaşayıram. Azərbaycanımızın o ağır günlərində Allah bizə Ulu Öndərimizi qismət elədi. Ulu Öndərimizin müdrik siyasəti nəticəsində Azərbaycanımız tam müstəqil bir dövlət kimi bütün dünyada tanındı. Allaha çox şükürlər olsun ki, Heydər Babamız Sizin kimi qeyrətli və vətənpərvər bir oğulu bizə bəxş elədi. Siz bilin və tam əmin olun ki, bütün xalqımız Sizinlədir və həmişə də Sizi dəstəkləyəcəkdir. Sizin Ali Baş Komandanlığınız altında qəhrəman oğullarımızın igidlikləri sayəsində xalqımızın tökülən qanı yerdə qalmadı, şəhidlərimizin ruhu rahatlaşdı, Azərbaycanımızın namusu və qeyrəti təmizləndi. Atanızın çəkdiyi zəhmət, ananızın südü Sizə halal olsun.
Cənab Prezident, Allah həmişə Sizi var etsin. Bütün Azərbaycan xalqı Sizinlədir. Qarabağ Azərbaycandır! Biz birlikdə erməni şərəfsizlərini axıradək iti qovan kimi qovacağıq. Sizin sayənizdə Azərbaycan dövləti öz qüdrəti ilə, öz gözü ilə, öz ordusu ilə tarixə böyük bir imza atdı. İnşallah, bütün torpaqlarımızın işğaldan azad olunması xəbərini, tam Qələbə xəbərini Sizdən və Ordumuzdan tezliklə çox böyük bir sevinclə gözləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Cənab Prezident, Allah Azərbaycan xalqını və şəxsən Sizi - Ali Baş Komandanımızı, xalqımıza həmişə mənəvi dəstək olan türk qardaşlarımızı, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı qorusun.
Birinci qrup Qarabağ müharibəsi əlili olsam da, qəhrəman oğullarımız kimi torpaqlarımızın azadlığı uğrunda canımı belə qurban verməyə hazıram. Mən fəxr edirəm ki, azərbaycanlıyam!
Hörmətlə,
Səbuhi Niyazov
Ağdam rayonundan məcburi köçkün, I qrup Qarabağ müharibəsi əlili
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.