08 noyabr 2020, 19:04

Kamil Qurbanovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən 71 yaşında tək atayam. Müharibənin 2-ci günü müraciət etdim ki, cəbhəyə getmək istəyirəm. Yaşımla əlaqədar olaraq icazə vermədilər. Amma bütün ruhumla, mənliyimlə, xeyir-dualarımda əsgər balaların yanındayam. Onlara 100-ə qədər məktub yazmışam. Torpaqlarımız azad olunduqca sevincdən gözlərim yaşarır. 1992-ci ildən üzüm gülməmiş, qəlbim sevinməmişdi. Şuşanın azad olunmasına qurban demişəm.

Müzəffər Ali Baş Komandanımız, bu qələbələrin təşkilatçısı, baş memarı Sizsiniz. Mənim üçün qəhrəmanlar qəhrəmanısınız. Siz bütün türk dünyasının qəhrəmanısınız. Beynəlxalq görüşlərdə Sizin sərraf, sərrast danışığınız, məntiqli siyasətiniz, şux yerişiniz, mərdanə duruşunuz düşmənin gözünə iynə kimi batır, mənim isə ruhumu oxşayır.

Siz beynəlxalq görüşlərə gedərkən, o böyük Allahdan sözlərinizin keçərli, ötgün olmasını arzulayaraq dualar edirəm və edəcəyəm. Böyük Allah Sizi yerin, göyün bəlalarından qorusun. Siz Azərbaycan xalqına Allahdan bir müjdəsiniz. Siz bu xalqa çox lazımsınız.

Cənab Prezident, bu millətin mənəvi haqqını özünə qaytardığınıza görə, bu xalqı yaxşı mənada formalaşdırdığınız üçün çox sağ olun!

Yeni tarix yazırıq. Sözsüz ki, yeni tarixin bir nömrəli qəhrəmanı Sizsiniz.

İlham Heydər oğlu, bu kişiliyinizə, mərdanəliyinizə, cəsarətinizə görə bu elin, obanın, Azərbaycanın çörəyi Sizə halal olsun. Bilmirəm, hansı xoş sözlər deyim ki, Sizə layiq olsun. Uzun ömür yaşayasınız, hər zaman belə hörmətli, qətiyyətli, mərdanə, sağlam olasınız.

Xahiş edirəm, özünüzü qoruyun. Ermənilər çox alçaq, tülkü kimi hiyləgərdirlər.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Kamil Qurbanov

Azərbaycan Respublikası, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi.